- Details
- Dərc edilib: 06 Fevral 2025
- Oxunma sayı: 20
5 fevral 2025-ci il tarixdə Şəki Şəhərindəki Olimpia İdman Kompleksində Azərbaycan Gənclər və İdman Nazirliyinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) “Gənclər Həftəsi Çərçivəsində Gənclər Düşərgəsi” layihəsi əsasında respublikanın Lirik-Astara, Gəncə -Daşkəsən, Tovuz-Qazax, Səlyan-Şirvan və Qarabağ regionlarını təmsil edən 200 nəfər gənc üçün ustad dərsi keçirilib.
Tədbiri giriş sözü ilə ATGTİ-nin Baş katibi Fidan Həsənova açıb, layihə ilə bağlı gəncləri məlumatlandırıb. Həftə ərzində keçiriləcək tədbirlərdən bəhs edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra ADPU-nun Şəki filialının elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyevin təqdimatı ilə “Azərbaycançılıq milli birlik və həmrəyliyin ideoloji əsası kimi” mövzusunda interaktiv ustad dərsi keçirilib. Dərs regionun müxtəlif universitetlərini təmsil edən tələbələrin və gənclərin böyük marağına səbəb olub, onları maraqlandıran suallar cavablandırılıb, xatirə şəkilləri çəkilib.