- Details
- Dərc edilib: 15 May 2025
- Oxunma sayı: 154
Mayın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Açıq qapı” günü keçirilib. Bu münasibətlə Şəkinin orta ümumtəhsil məktəblərinin müəllim və şagirdləri filialda olublar. Əvvəlcə, Karyera mərkəzinin təşkilatçılığı ilə akt zalında filialın rəhbərliyi, struktur bölmə rəhbərlərinin müəllim və şagirdlərlə görüşü keçirilib. Görüşü filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva açaraq, “Açıq qapı” gününün məqsədi barədə məlumat verib, filialın fəaliyyətindən, uğurlarından söz açıb. Tədbirdə Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri professor Firədun İbrahimov çıxış edərək filialda kadr hazırlığı aparılan ixtisaslar, kadr potensialı, maddi-texniki baza, qazanılan uğurlar barədə danışıb və şagirdləri gələcəkdə filialın tələbələri sırasında görmək arzusunu bildirib. Sonra Keyfiyyətin təminatı şöbəsinin müdiri baş müəllim Nərminə Nəsrullayeva filialın keçdiyi yol, fəaliyyət istiqamətləri,
tədris prosesi barədə təqdimatla çıxış edib. Görüşdə Karyera mərkəzinin müdiri Xuraman Həmidova, Tələbə Elmi Cəmiyyətinin sədri baş muəllim Səadət Feyzullayeva, Pedaqoji fakültənin dekan müavini baş müəllim Mehriban Kərimova sagirdlərə filialda tələbə həyatı, keçirilən tədbirlər barədə məlumat veriblər və onları maraqlanıiran suallar cavablandırılıb. Sonra sagirdlər filialın fakültələrində, kafedralarda, müxtəlif şöbələrdə, auditoriyalarda iş və tədris prosesi ilə yaxından tanış olublar.