- Details
- Dərc edilib: 16 Dekabr 2025
- Oxunma sayı: 117
Dekabrın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Tələbə Gənclər Təşkilatının (TGT) idarə heyətinin iclası keçirilib. İclasda Karyera Mərkəzinin müdiri Xuraman Həmidova, TGT-nin sədri və idarə heyətinin üzvləri iştirak ediblər. İclası Karyera mərkəzinin müdiri Xuraman Həmidova giriş nitqi ilə açaraq, filialda keçiriləcək təlimlərin mahiyyəti və nəzərdə tutulmuş proqramı haqqında məlumat verib. Klub sədrlərinin gördükləri işlər və gələcək planları müzakirə edilib. Heyət üzvləri öz fikir və təkliflərini səsləndiriblər. İclasda bir sıra məsələlər müzakirə edilib.
