- Details
- Dərc edilib: 12 Mart 2026
- Oxunma sayı: 25
Martın 11-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölməsi ilə birgə “Radikalizm, fanatizm, onların cəmiyyətin, xüsusilə gənc nəslin inkişafına mənfi təsiri” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın regional bölməsinin əməkdaşı, filialın müəllim və tələbələri iştirak ediblər. Tədbiri filialın Humanitar fənlər kafedrasının baş müəllimi Tahir Məhərəmov açaraq, yeni nəslin tərbiyəsində bu cür tədbirlərin əhəmiyyətindən bəhs edib. Bu aspektdən olan tədbirlərin tələbələrin dini radikalizm, fanatizm baxımından düzgün istiqamətləndirilməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Tədbirdə DQİDK-nın Şəki - Zaqatala bölgəsinin əməkdaşı Minarə Məmmədhüseynova mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
