Martın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə ““Canva” ilə effektiv və vizual tədris” adlı seminar keçirilib. Seminarda filialın müəllimləri və müxtəlif ixtisaslarda təhsil alan tələbələr iştirak ediblər. Filialın “Riyaziyyat və informatika müəllimliyi” ixtisasının IV tədris ili tələbələri Simuzər Hüseynova və  Xədicə İdrisli “Canva” proqramının tədrisdəki imkanları haqqında maraqlı təqdimat edib, müxtəlif funksiyaların praktik tədbiq imkanlarını nümayiş etdiriblər. Mövzu iştirakçiların böyük marağına səbəb olub. Sonda Simuzər Hüseynova və  Xədicə İdrisli müəllim və  tələbələri maraqlandıran sualları cavablandırıblar.