- Details
- Dərc edilib: 04 Mart 2026
- Oxunma sayı: 53
Martın 4-də Şəki şəhər Heydər Əliyev Mərkəzində "Şəhərsalma və memarlıq ili” çərçivəsində “Memarlıq abidələrinin qorunması və bərpasına peşəkar nəzarət və müasir yanaşmalar” mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda şəhər ziyalıları AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əməkdaşları, ADPU- nun Şəki filialının müəllim və tələbələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb, sonra Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan memarlığının inkişafındakı rolunu əks etdirən videoçarx nümayiş olunub.
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin rəisi v.s.i.e. Tərxan Tahirli çıxış edərək, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və memarlıq ili” elan edilməsinin dövlətimizin mədəni irsin qorunmasına verdiyi strateji əhəmiyyətin bariz ifadəsi olduğunu bildirib. O vurğulayıb ki, bu qərar memarlıq irsinin mühafizəsi sahəsində institusional yanaşmanın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Tədbirdə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun bərpaçı-memarı Sehran Məmmədov, ADPU-nun Şəki filialının müəllimi, tarix üzrə fəlsəfə doktoru, Rahim Həsənov, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi Zəminə Rəsulova çıxış ediblər. Çıxışlarda Şəki memarlıq məktəbinin özünəməxsus xüsusiyyətlərindən, xüsusilə yaşayış evlərinin plan quruluşu, şəbəkə ənənələri və yerli tikinti materiallarının istifadəsindən bəhs olunub, şəhər mühitinin tarixi siluetinin qorunmasının vacibliyi vurğulanıb, bərpa prosesində autentikliyin saxlanılmasının əsas prinsip olduğu diqqətə çatdırılıb. Seminar mövzu ətrafında müzakirələrlə davam edib.
