- Details
- Dərc edilib: 18 May 2026
- Oxunma sayı: 5
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, “Xəzər İntellektual Gənclər Klubu” və “Consensus” Təlim və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Nə? Harada? Nə zaman?” oyunu üzrə II Tələbələrarası Azərbaycan Kuboku çərçivəsində III turun yarışları baş tutub. Yarışda iştirak məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera mərkəzinin təşkilatçılığı ilə əvvəlcədən komandalararası seçim turu keçirilib. Mayın 16-da təşkil olunan III turda ümumilikdə 90 nəfərdən ibarət 16 komanda iştirak edib. Tədbirin təşkilində filialın Tələbə Gənclər Təşkilatı (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) üzvləri fəal iştirak edib, yarışın yüksək səviyyədə keçirilməsinə dəstək göstəriblər. Yarışın nəticələrinə əsasən, “Otan” komandası ən yüksək nəticə göstərərək III turun qalibi olub. “Barselona” komandası 8, “Atabəylər” komandası isə 6 bal ilə növbəti pillələrdə qərarlaşıblar. Qeyd edək ki, yarışın final mərhələsində üç turun nəticələrinə görə I yer tutmuş komanda iştirak edəcək. Final mərhələsinin Bakı şəhərində keçirilməsi planlaşdırılır.
