- Details
- Dərc edilib: 03 Noyabr 2025
- Oxunma sayı: 586
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə oktyabrın 31-dən noyabrın 2-dək Şəki şəhərində Olimpiya İdman Kompleksində "Şanlı Zəfər" adlı düşərgə təşkil olunub. Düşərgə çərçivəsində tələbə-gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların şəxsi inkişafına töhfə vermək məqsədilə Şanlı Zəfərin 5-ci ildönümü və "Konstitusiya və Suverenlik ili" münasibətilə müxtəlif mövzularda panel görüşlər, təlimlər təşkil olunub. Belə görüşlərdən biri oktyabrın 31-də baş tutub. "Heydər Əliyev və müstəqil dövlətçilik məktəbi" mövzusuna həsr olunmuş panel görüşdə respublikanın 20-dən artıq ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri iştirak ediblər.
Panel görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyevin “Heydər Əliyev və müstəqil dövlətçilik məktəbi” mövzusunda mühazirəsi dinlənilib.
Maraqlı keçən görüşün sonunda mühazirəçi tələbələri maraqlandıran sualları cavablandırıb.
