- Details
- Dərc edilib: 07 May 2024
- Oxunma sayı: 4263
07 may 2024-cü il tarixdə ADPU-nun Şəki filialının Tələbə Elmi Cəmiyyətinin XVII elmi konfransı öz işinə başlayıb.
Konfransın plenar iclasını giriş sözü ilə açan filialın direktoru, dosent Vurğun Məmmədov iştirakçıları salamlayaraq qeyd edib ki, filial TEC-nin XVII konfransı ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunub. Builki konfransa filialın 10 ixtisasında təhsil alan 85 nəfər tələbə öz tədqiqat işini təqdim edib.
Ümummilli liderin xatirəsini bir dəqiqə sükutla yad edən konfrans iştirakçıları filialın elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyevin təqdimatında “Ali təhsil müəssisələrində tələbələrin elmi-tədqiqatçılıq fəaliyyətinin təşkili və həyata keçirilməsi texnologiyası” mövzusunda məruzəsini dinləyiblər.
Daha sonra filial tələbələrindən Aysel Ömərova “Ulu öndər Heydər Əliyevin dil siyasətinin prinsip və istiqamətləri”, Ayşən Sadıqova “Türk dünyası ölkələri ilə Azərbaycanın əlaqələrinin inkişafında Heydər Əliyev rolu”, Əfsanə Əbdürrəhimova “Ümummilli lider Heydər Əliyevin Azərbaycan ədiblərinə münasibəti”, Nuranə İbrahimxəlilova “İnternetsiz dünya” və Fatimə Musrafazadə “Gənclik subkulturası: moda aludəçiliyi və onun sosial -psixoloji effektləri” mövzusunda öz tədqiqat işini təqdim ediblər.
Konfrans 7 - 8 may tarixlərində 5 bölmədə öz işini davam etdirəcək və ən yaxşı tələbə tədqiqat işlərininin mükafatlandırılması nəzərdə tutulur.