- Details
- Dərc edilib: 16 May 2024
- Oxunma sayı: 3662
Mayın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Dillər və onların tədrisi texnologiyası kafedrasının növbəti iclası keçirilib. İclasda filialın direktoru tar.ü.f.d., dos. Vurğun Məmmədov, tədris işləri üzrə direktor müavini fil.ü.f.d., dos. Gülarə Abdullayeva və kafedranın əməkdaşları iştirak ediblər. İclası giriş sözü ilə dos. Gülarə Abdullayeva açaraq, əməkdaşlara çox məsuliyyətli bir dövrün – imtahan sessiyasının yaxınlaşdığını bildirib və qarşıda duran vəzifələr barədə geniş məlumat verib. Sonra filialın direktoru dos. Vurğun Məmmədov kafedra əməkdaşlarını salamlayaraq onlara işlərində uğurlar arzulayıb. Tədris ilinin uğurla başa çatması, imtahan sessiyasının mütəşəkkil təşkili, obyektiv və şəffaf keçirilməsi üçün hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb və görüləcək işlər barədə əhatəli məlumat verib. Sonra kafedra iclasının gündəliyində olan məsələlər müzakirə olunub. Kafedra müdiri b.m. Əsmayə Əkbərova imtahan keçiriləcək fənlərin sayı barədə məlumat verərək bildirib ki, yaz semestrinin imtahan sessiyası üçün bütün fənlər üzrə suallar mart – aprel aylarından hazırlanaraq müzakirə və təsdiq olunub, tələbələrə təqdim edilib. İmtahan biletlərinin artıq Tədrisin idarə olunması şöbəsinə təhvil verildiyini bildirən Əsmayə Əkbərova imtahanqabağı məsləhət saatlarının imtahanlardan bir gün əvvəl keciriləcəyini diqqətə catdırıb. Sonra kafedra müəllimlərinin açıq dərslərinin təşkili vəziyyətinə diqqəti yönəldərək, müşahidə olunan dərslərdən, qazanılan uğurlardan, mövcud problemlərdən bəhs edib. İclasda kafedranın dərs yükünə daxil olan fənlər üzrə keçirilmiş olimpiadaların və tələbə elmi cəmiyyətinə təqdim olunmuş tələbə tədqiqatlarının nəticələri müzakirə olunub. İclasda müzakirə olunan məsələlərin hər birinə dair müvafiq qərar qəbul edilib.