- Details
- Dərc edilib: 16 May 2025
- Oxunma sayı: 125
Mayın 15-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Ailənin dəstəyi – uğura aparan yol” mövzusunda tədbir keçirilib. Filialın Təhsildə sosial-psixoloji xidmət ixtisasının təcrübəçi tələbəsi Aytac Mirzəliyevanın təcrübədə olduğu Şəki şəhəri 18 nömrəli tam orta məktəbin şagirdləri ilə birgə Beynəlxalq Ailə Günü münasibətilə təşkil etdiyi tədbirdə ADPU-nun Şəki filialının rəhbərliyi, professor-müəllim heyəti və tələbələri, Şəki şəhəri 18 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, valideynlər iştirak ediblər.
Tədbirdə Aytac Mirzəliyeva Beynəlxalq Ailə Gününün mahiyyəti, ailə institutunun cəmiyyət üçün əhəmiyyəti və ailə dəyərləri haqqında çıxış edib. Sonra məktəbin VII sinif şagirdləri ailə mövzusunda düşündürücü kəlamlar və fikirlər səsləndiriblər. Tədbirdə rəqs və musiqi nömrələri təqdim olunub, mövzu ilə bağlı müxtəlif səhnəciklər nümayiş etdirilib. Dəvət olunmuş qonaqlardan Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun həyat yoldaşı Səmənnaz Cəbrayılova, uzun müddət Şəki şəhəri 18 nömrəli tam orta məktəbində pedaqoji fəaliyyət göstərmiş, hazırda təqaüddə olan Tahir Lərifov, filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva çıxış edərək, iştirakçıları təbrik ediblər və öz təəssüratlarını bölüşüblər.
Sonda filialın direktoru dos.Vurğun Məmmədov çıxış edərək, tədbirin təşkilatçılarına təşəkkürunu bildirib, 18 saylı orta məktəb, məktəbin psixoloqu Arzu Məmmədova, təcrübəçi tələbə Aytac Mirzəliyeva Təşəkkürnamə və Fəxri Fərmanla təltif olunublar.