ADPU-nun Şəki filialının kitabxanasında oxucuların sıxlığı diqqəti çəkir.Oxumaq, öyrənmək həvəsli tələbələrin kitabxanaya axını başlayıb. Kitabxana əməkdaşları daha çox oxucuya xidmət etməyə, onların sorğularını cavablandıraraq lazımi dərslik və dərs vəsaitləri, ədəbiyyatla təmin etməyə çalışırlar.
Yeni tədris ilinin ilk 5 günü ərzində kitabxanaya 600 nəfərə yaxın oxucu müraciət edib, onlara sorğularına əsasən, 400 nüsxədən çox kitab istifadəyə verilib.