- Details
- Dərc edilib: 22 Aprel 2026
- Oxunma sayı: 367
Aprelin 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Karyera mərkəzinin təşkilatçılığı ilə MHM Tədris Mərkəzinin rəhbərliyi və müəllim heyəti ilə filialın III və IV tədris ili tələbələri arasında maarifləndirici görüş keçirilib. Görüşün əsas məqsədi gələcək müəllimlərin peşəkar inkişafına dəstək göstərmək, müəllim hazırlığı prosesinin məzmunu, işə qəbul mexanizmləri və bu sahədə mövcud imkanlar barədə tələbələri məlumatlandırmaqdan ibarət olub.
Tədbiri giriş sözü ilə filialın direktoru dosent Vurğun Məmmədov acaraq, qonaqları salamlayıb və tədbirin əsas məqsədi haqqında məlumat verib.
Görüşdə MHM Tədris Mərkəzinin rəhbəri və müəllimləri – Amin Səmədzadə, Səxavət Sədiyev, Hafis Yaqublu, Eltun Abuşov, Elmin Əsgərzadə və Mahir Bədirxanov müəllimlərin işə qəbulu (MİQ) imtahanı ilə bağlı tələbələrə ətraflı məlumat veriblər. Tədbir çərçivəsində imtahanın mərhələləri, qiymətləndirmə meyarları, hazırlıq strategiyaları və uğur qazanmaq üçün zəruri olan metodiki yanaşmalar geniş şəkildə izah olunub, eyni zamanda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda tələbələrə müxtəlif ixtisasyönümlü kitablar hədiyyə edilib.
