QISA BİOQRAFİK MƏLUMAT
1952-ci ildə Şəki rayonunun Qudula kəndində anadan olmuşdur. 1958-1965-ci illərdə Şəki rayon Qudula kənd səkkizillik, 1966-1968-ci illərdə Şəki şəhər 3 saylı orta məktəbdə ümumi orta təhsil almışdır. 1972 –ci ildə ADPİ-nin riyaziyyat fakultəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1977-1982-ci illərdə ADPİ-nin aspiranturasında qiyabi təhsil almış, 1982-ci ildə namizədlik dissertasiyası müdafiə etmiş, pedaqoji elmlər namizədi dərəcəsi almışdır. 1998-2000-ci illərdə AETPEİ-da doktorantura hazırlığı keçmişdir. 2006-cı ildə “Alqoritmik və evristik fəaliyyətlərin optimal münasibətlərinin əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, pedaqogika üzrə elmlər doktoru alimlik dərəcəsi almışdır. Hazırda ADPU-nun Şəki filialının Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının müdiri və professorudur.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI
Ali, 1972-ci ildə ADPU-nun riyaziyyat fakultəsini fərqlənmə diploma ilə bitirmişdir.
1982-ci ildə namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər namizədi. dərəcəsi almışdır.
2006-cı ildə pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.
2008-ci ildə dosent elmi adı almışdır.
2014-cü ildə professor elmi adı almışdır.
2014-cü ildən ADPU-nun Şəki filialında Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının professoru və müdiridir.

ƏMƏK FƏALİYYƏTİ
1972-1973-cü illər: Şəki rayon Təpəcənnət kənd məktəbində müəllim.
1973-1982-ci illər: Şəki rayon Baltalı kənd orta məktəbində müəllim və direktor.
1982-1992-ci illər: BPKİA və YH-nin Şəki filialının direktoru.
1993-cü il: Şəki şəhər 17 saylı orta məktəbin direktoru.
1993-2000-ci illər: BPKİA və YH İnstitutunun Şəki filialının direktoru.
2000-2005-ci illər: Şəki Şəhər İcra Hakimiyyəti Başçısı aparatında şöbə müdiri və müavin əvəzi.
2005-2010-cu illər : Şəki Şəhər Təhsil Şöbəsinin müdiri.
2006-2014-cü illərdə AMİ-nin Şəki filialının Ümumelmi fənlər kafedrasında baş müəllim, dosent, professor.
2014-cü ildən hal-hazıradək ADPU-nun Şəki filialında Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının professoru və müdiri.

TƏDRİS ETDİYİ FƏNLƏR
1.Pedaqogika (fənnin təsviri və məqsədi). Pedaqogikanın məcburri fənn statusunda tədris edilməsinin məqsədi Azərbaycan Respublikasında qəbul olunmuş Təhsil Strategiyasının tələbləri səviyyəsində pedaqoji kadrların elmi-nəzəri hazırlığının təmin edilməsi zərurəti ilə bağlıdır. Pedaqogika fənninin məzmununda metadoloji məsələlər,təhsil-təlim nəzəriyyəsi (didaktika), tərbiyə prosesinin invariantları, onun səmərəli üsulları,vasitələri, təşkili formaları və təlim-tərbiyə texnologiyalarının interpretasiyası diqqət mərkəzinə çəkilir
2.Riyaziyyatın tədrisi metodikası (fənnin təsviri və məqsədi). Riyaziyyatın tədrisi metodikası müstəqil elm sahəsi kimi XIX əsrin əvvəllərində yaranmışdır. Riyaziyyatın tədrisi metodikası riyaziyyat, ümumi pedaqogika, psixologiya, fəlsəfə və kibernetika elmləri ilə sıx əlaqədə inkişaf etmişdir. Riyaziyyatın tədrisi metodikasının predmeti riyaziyyatın təlimi prosesidir. Riyaziyyatın tədrisi metodikası bütün tədris mərhələlərində riyaziyyatın təlimi qanunauyğunluqlarını öyrənir. Riyaziyyatın tədrisi metodikası təlim prosesi ilə bağlı aşağıdakılara aydınlıq gətirir:
1. Nə üçün riyaziyyatı öyrənmək lazımdır (riyaziyyat təliminin məqsədi)?
2. Riyaziyyatdan nəyi öyrənmək lazımdır (riyaziyyat təliminin məzmunu)?
3. Riyaziyyatı necə öyrənmək lazımdır (riyaziyyat təliminin üsulları)?
4.Şagirdin nailiyyətlərinin müəyyənləşdirilməsi necə həyata keçirilməlidir (qiymətləndirmənin prinsipləri, növləri və formaları)? Riyaziyyatın tədrisi metodikasının məcburi fənn kimi tədris edilməsi riyaziyyat-informatika müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin Azərbaycan Respublikasında qəbul olunmuş Təhsil strategiyasından irəli gələn tələblərə uygun bilik, bacarıq,vərdişlərə malik riyaziyyat müəllimləri kimi potensial imkanlarına müvafiq səviyyədə hazırlanması məqsədi ilə bilavasitə bağlıdır.
3.Ali cəbr (fənnin təsviri və məqsədi). Ali pedaqoji məktəblərin “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə bakalavr səviyyəsində pedaqoji kadrlar hazırlayan fakultələrində Cəbr fənni məcburi fənlər bulokuna aiddir.Bu da məntiqidir.Riyaziyyat müəllimliyi ixtisası üzrə təhsil alan tələbələrin riyazi bilikləri üç əsas kursun üzərində formalaşır:riyazi analiz, həndəsə, cəbr və ədədlər nəzəriyyəsi. Bu kursların bir-birilə sıx əlaqəsi olmasına baxmayaraq, hər birinin öz məqsədi, öz yolu var və bütövlükdə riyazi biliklərin formalaşmasında fundament hesab edilə bilərlər. Cəbr və ədədlər nəzəriyyəsi kursunun əsas xüsusiyyətlərindən biri onun ümumtəhsil məktəb riyaziyyat kursunun təbii davamı olmasıdır.Vacib qayə müasir cəbrin əsas elementləri haqqında lazım olan təsəvvür yaratmaq və ümumi cəbri biliklərin formalaşmasını təmin etməkdir.

TƏDQİQAT SAHƏSİ
Təhsilin tarixi və nəzəriyyəsi;Riyaziyyatın tədrisi metodikası (Nəzəriyyəsi və texnologiyası).

BEYNƏLXALQ və RESPUBLİKA KONFRANSLARDA İŞTİRAKI
2002-ci ildə Sank-Peterburq şəhərində keçirilən “Dözümlülüyün pedaqoji aspektləri” probleminə həsr olunan konfransda iştirak etmiş və sözügedən problemin nəzəri aspektləri ilə bağlı çıxış etmişdir.
2012- ci ildə Təhsil Problemləri İnstitutunda “Ümumi orta təhsilin müasir problemləri” mövzusunda Beynəlxalq Elmi konfransda, 2012-2014-cü illərdə Rusiya Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən VII, VIII, IX Beynəlxalq simpoziumlarda,. Azərbaycanda AMİ-nin təşkilatçılığı ilə “Müəllim hazırlığının aktual problemləri”nə həsr olunmuş II, III Beynəlxalq Elmi Konfranslarda, Təhsil Problemləri İnstitutunun 2013-cü ildə təşkil etdiyi “Təhsilin aktual problemləri”nə həsr olunmuş Beynəlxalq konfransda, 2017-ci ildə Slavayan Universitetində “Azərbaycançılığın aktual problemləri” mövzusunda VIII Beynəlxalq Elmi konfransda, 2018-ci ildəTəhsil institutunda “Müəllim hazırlığı strateji hədəflərdən biri kimi” mövzusunda Elmi konfransda 2018-ci ildə ADPU-da “İnnovasiya, təhsilin keyfiyyəti və inkişaf.” mövzusunda Beynəlxalq konfransda iştirak etmişdir.

DƏRS VƏ METODİK VƏSAİTLƏRİ
Professor F.N.İbrahimov 165 elmi əsərin- dərslik, dərs vəsaiti, monoqrafiya, elmi-metodiki məqalə, metodiki tövsiyyə və fənn proqramlarının müəllifidir. Onun müəllifi olduğu dərslik və metodik vəsaitləri sırasına daxildir:
1.Həndəsənin tədrisində müstəqil işlərdən istifadə.Bakı, “Mütərcim”,1988.
2.Təlimdə alqoritmik və evristik fəaliyyətin optimal nisbətlərinin əsaslarına dair oçerklər. Bakı, “Mütərcim”,1998
3.О законах педагогики.Moskva,”Brandes”,1998
4.Natural ədədlər üzərində əməllərin mənimsədilməsinin alqoritmik əsasları. Bakı, “Mütərcim”, 1999.
5.Riyaziyyatın təlimi haqqında pedaqoji düşüncələr. Bakı,“Mütərcim”,1999
6.Təlimin dərk edilməsinə “sistem-struktur” baxımından yanaşma. Bakı,“Mütərcim”,199.
7.Təlimdə sistemdaxili münasibətlər. Bakı,“Mütərcim”1999.
8.Riyaziyyatın təlimində tapşırıqların əsas arqumentə görə tətbiqi. Bakı,“Mütərcim”, 2000.
9.Təlimin mükəmməl sistemi. Bakı,“Mütərcim”, 2000.
10.Təlim prosesinin mahiyyəti. Bakı,“Mütərcim”, 2001
11.Təlim fəaliyyətinin idarə olunmasının formal, dialektik və qeyri-səlis məntiqi. Bakı,“Mütərcim”, 2002.
12.Təlim prosesi: imkan-hərəkət-yeni keyfiyyət. Bakı,“Mütərcim”, 2002.
13.Təlim fəaliyyətinin idarə olunmasının formal, dialektik və qeyri-səlis məntiqi. Bakı, “Mütərcim”, 2003.
14.Müstəqil iş (reproduktiv və produktiv) mühitinin tənzimlənməsinə yönələn tapşırıqlar. Bakı, “Mütərcim”, 2007.
15.Pedaqogikaya giriş. Bakı, “Mütərcim”, 2008.
16.Ümumi pedaqogikadan mühazirələr. Bakı, “Mütərcim”, 2010
17.Didaktika. Bakı, “Mütərcim”, 2011.
18.“Didaktika” fənni üzrə proqram. Bakı, AMİ, 2011.
19.Pedaqoji anlayışların interpretasiyası “sistem-struktur”rakursda, Pedaqoji anlayışların interpretasiyası “sistem-struktur”rakursda, Bakı,“Mütərcim”, , 2012.
20.Pedaqogika (dərslik).2 cilddə.Bakı, “Mütərcim”,, 2013.
21.Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisi metodikası (dərs vəsaiti). Bakı, “Mütərcim”,, 2014.
22.Ümumi pedaqogika. Bakı, “Mütərcim”,,2014
23.Ümumtəhsil məktəbi pedaqogikasından mühazirələr, Bakı, “Mütərcim”,2015
24.Ümumtəhsil məktəblərində riyaziyyatın tədrisi metodikası, Bakı, “Mütərcim”, 2015
25.Ümumtəhsil məktəblərində riyaziyyatın kurikulum modelinə əsaslanan tədrisi metodikası, Bakı, “Mütərcim”, 2016
26.Ümumtəhsil məktəblərində riyaziyyatın didaktikası,2017
27.Orta ümumtəhsil məktəblərində riyazi təhsilin fəlsəfəsi, didaktikası, həyatakeçirilmə texnologiyası, Bakı, “Mütərcim”, 2018
28.“Cəbr” fənninin “matrislər və determinantlar” bölməsinin tədrisi, Bakı, “Mütərcim”, 2018 və s.