QISA BİOQRAFİK MƏLUMAT

Şirinova Kifayət 1974–cü ildə Şəki səhərində anadan olub. 1981–1991 ci illərdə Şəki şəhər 5 saylı orta məktəbində, 1992–1997-ci illərdə Bakı Dövlət Universitetinin Şəki filialının mexanika-riyaziyyat fakultəsində, 2012–2017–ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyyatın tədrisi metodikası” ixtisası üzrə dissertanturada təhsil almışdır. 1997-ci ildən 1998-ci ilədək Bakı Dövlət Universitetinin Şəki filialında laborant, 1999-cu ildən 2000-ilədək həmin filialda müəllim, 2000-ci ildən 2003-cü ilədək Bakı Dövlət Universitetinin Şəki tədris məntəqəsində müəllim, 2003-cü ildən AMİ-nin Şəki filialında 0,25 ştat müəllim vəzifələrində çalışmışdır. Hal-hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında 1,25 ştat baş müəllim vəzifəsində çalışır. Ailəlidir, üç övladı var.

TƏHSİLİ, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1997–ci ildə Bakı Dövlət Universitetinin Şəki filialının mexanika-riyaziyyat fakultəsini,
2017–ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertanturasını bitirmişdir.
2022–ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyyatın tədrisi metodikası” ixtisası üzrə “Modelləşdirmə elementləri riyaziyyat təliminin səmərəliliyini artıran vasitə kimi” adlı dissertasiyasını müdafiə etmişdir.
2023-cü ildə AAK-in qərarı ilə pedaqogika üzrə fəlsəfə doktoru elmi adını almışdır.

ƏMƏK FƏALİYYƏTİ

1991-1992-cu illərdə Şəki 5 saylı orta məktəbində texniki işçi.
1997-ci ildən 1998-ci ilədək BDU-nun Şəki filialında laborant,1999-cu ildən 2000-ilədək həmin filialda müəllim.
2000-ci ildən 2003-cü ilədək BDU-nun Şəki tədris məntəqəsində müəllim.
2003-cü ildən AMİ-nin Şəki filialında 0,25 ştat müəllim.
Hal-hazırda ADPU – nun Şəki filialında 1,25 ştat baş müəllim.

TƏDQİQAT SAHƏSİ

Riyaziyyatda modelləşdirmə.

TƏDRİS ETDİYİ FƏNLƏR

Analitik həndəsə, Elementar riyaziyyat

NƏŞR OLUNMUŞ ƏSƏRLƏRİ

1.“Riyaziyyat təlimində modelləşdirmə”. Elmi əsərlər jurnalı, Bakı 2013 № 1
2.“Hesab və cəbri biliklərin inteqrasiyası”. Elmi əsərlər jurnalı, Bakı 2013№ 2
3.“Modelləşdirmə - elmi idrak metodu kimi”. ADPU-nunXəbərləri.Bakı2013№ 4
4.“Model- riyaziyyatın dili kimi”. AMİ-nin Xəbərlər jurnalı, Bakı 2013 № 4
5.“V – VI siniflərdə məsələ həlli təlimi metodikaına dair”. AMİ-nin Xəbərlər jurnalı, Bakı 2014
6.“Mоделирование в курсе школьной математики при решение задач”. Зборник науковых праць ПЕДАГОГИЧНЫ НАУКИ 2016. LXXII
7.“İmitasiyalı modellər” Fizika, riyaziyyat və informatika tədrisi jurnalı, Bakı 2016№4 8.İbtidai siniflərdə “Həndəsə” məzmun xətti üzrə materialların tədrisi xüsusiyyətləri. Fizika, riyaziyyat və informatika tədrisi jurnalı, Bakı 2021 №1
9.“Элементы моделирования как инструмент повышения эффективности обучения математике (5-6 классы)”. Казахстан, Алмааты
Научно-методической журнал «Педагогика и психология» 2021 № 3 (48)
10.”Məsələ həlli təliminin tərbiyəedici funksiyalarının reallaşdırılması (prak
tik məşğələlərdə)”. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş “Müəllim hazırlama siyasəti və probremləri” beynəlxalq simpoziumu
11.“Mətnli məsələlərin həllində riyazi modelin qurulması təcrübəsindən xülasə” AKDENİZ 6. ULUSLARARASI SOSYAL BİLİMLER KONGRESİ, Adana
12.“Применение моделирования в современном образовании” «Российская наука в современном мире» XLIV Международная научно – практическая конференция

PROQRAM

1.Seçmə fənn: Triqonometrik funksiyalar, tənliklər və bərabərsizliklər. Bakı, 2019