- Details
- Dərc edilib: 07 Fevral 2025
- Oxunma sayı: 70
Fevralın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Məktəbəqədər təhsil ixtisasında keçirilməsi nəzərdə tutulan proqram akkreditasiyasına hazırlıqla əlaqədar proqram üzrə təsdiq olunmuş Təşkilat komissiyasının ilkin iclası keçirilib. İclasda Özünütəhlil hesabatının yazılması ilə bağlı təlimatlar izah olunub, təşkilat komissiyasının fəaliyyət qrafiki təsdiqlənib, eləcə də proseslə bağlı təqdim olunmuş cədvəllərin doldurulması vəziyyəti müzakirə olunub. Tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva özünütəhlil hesabatının tədris prosesinin təşkilinə dair bölməsi ilə bağlı görülməli işlər haqqında məlumat verib və qarşıda duran vəzifələrdən bəhs edib.Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş şöbəsinin müdiri Səmra Rəsulova-Süleymanova təhsil proqramı üzrə təhsilanların son 5 il üzrə qəbul, köçürülmə, akademik məzuniyyət, xaricolunma, yekun attestasiya imtahanı nəticələri, kredit borcları haqqında, İnsan resusrları və ümumi şöbənin müdiri Gülnar Kərimova ixtisas üzrə son 5 ildə tədris aparan müəllimlər, onların iştirak etdiyi təlimlər haqqında, Keyfiyyətin təminatı şöbəsinin müdiri Nərminə Nəsrullayeva ixtisasda son 5 ildə keçirilən sorğular və sorğularda iştirak edən tələbələrin statistikasına dair məlumatı təqdim ediblər. İclasda Özünütəhlil hesabatının hazırlanması ilə bağlı görüləcək işlərə dair müvafiq qərar qəbul edilib.