- Details
- Dərc edilib: 22 Aprel 2025
- Oxunma sayı: 846
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında maarifləndirici tədbir keçirilib. Filialın Karyera mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə buraxılış kurslarının tələbələri iştirak ediblər. Tədbirin təşkilində məqsəd Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşəbbüsü ilə təşkil olunan III “Maarifçi” tələbə-məzun təcrübə proqramı barədə məlumat vermək olub. Mərkəzin müdiri Xuraman Həmidova təcrübə proqramının mahiyyəti və məqsədi ilə bağlı əhatəli çıxış edib. Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, III “Maarifçi” tələbə-məzun təcrübə proqramı ali təhsilin bakalavriat səviyyəsi üzrə müvafiq ixtisaslarda təhsil alan buraxılış kurs tələbələri, magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də son 3 ilin məzunlarına təcrübə imkanı yaratmaq, onların bilik və bacarıqlarını artırmaq, nəzəri biliklərini real iş mühitinə tətbiq etmək və gənclərə peşəkar vərdişlər qazandırmaq məqsədilə nəzərdə tutulub.