- Details
- Dərc edilib: 22 Aprel 2025
- Oxunma sayı: 845
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti psixoloji seminar təşkil olunub. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri Kəmalə Ramazanova və tələbələr iştirak ediblər. “Hafizənin psixokorreksiyası” mövzusuna həsr olunmuş praktik seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının IV tədris ili tələbəsi Sara Hudulova və həmin ixtisasın III tədris ili tələbəsi Əfsanə Səmədova təqdimat ediblər. Tələbələr hər yaş dövrünə uyğun korreksiya məşğələlərini seminar iştirakçılarına təqdim etməklə yanaşı, bəzi məşğələləri seminar zamanı praktik olaraq tətbiq ediblər. Sonda GPB rəhbəri baş müəllim Kəmalə Ramazanova mövzu ilə bağlı öz fikirlərini bildirib və maraqlı təqdimata görə tələbələrə təsəkkür edib.