Aprelin 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşəbbüsü, filialın Karyera mərkəzinin təşkilatçılığı ilə maarifləndirmə yönümlü tədbir keçirilib. Tədbirin əsas məqsədi insanın immunçatışmazlığı virusu (İİV) haqqında əhatəli məlumat vermək, sağlam və təhlükəsiz həyat tərzinin təbliğ edilməsi olub. Filialın müəllim və tələbələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Karyera mərkəzinin müdiri Xuraman Həmidova açaraq, ölkədə bu xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə əhalinin maarifləndirilməsinin vacibliyindən bəhs edib. Tədbirdə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Şəki Regional laboratoriyasının müdiri Kəmalə Abdullayeva çıxış edərək Qazanılmış İmmun Çatışmazlığı Sindromunun (QİÇS) yayılma yolları, profilaktikası, müayinəsi və müalicəsi barədə ətraflı məlumat verib.
Sonra tələbələri maraqlandıran suallar cavablandırılıb. Tədbir başa çatdıqdan sonra testlə iştirakçıların könüllü müayinəsi həyata keçirilib.