Dünya şöhrətli siyasi xadim, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi ölkəmizin hər yerində olduğu kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında da dərin hörmət və ehtiramla anılıb.
Ulu Öndərin anım günü ilə əlaqədar filialda silsilə tədbirlər keçirilib, Şəki Heydər Əliyev Mərkəzinə filial əməkdaşlarının və tələbələrinin ekskursiyaları təşkil olunub. Bu tədbirlərdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı əvəzsiz xidmətlərindən geniş bəhs edilib.
Dekabrın 12-də filialın kollektivi Ulu Öndərin Şəki şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısındakı abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, xatirəsini böyük hörmət və ehtiramla yad ediblər.





001002003
fondeduadpubir

VKkj