Dekabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında Elmi Şuranın növbəti iclası keçirilib.
Elmi Şuranın sədri, filialın direktoru dos.Vurğun Məmmədov əvvəlcə ADPU-da keçirilmiş 23 dekabr 2025-ci il tarixli Elmi Şura iclasında müzakirə olunan məsələlər, qəbul edilmiş qərarlar barədə məlumat verib, qarşıda duran vəzifələri diqqətə çatdırıb, sonra Elmi Şura üzvlərini iclasın gündəliyi ilə tanış edib.
Gündəlikdəki I məsələ - 2025-2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın gedişi vəziyyəti və qarşıda duran vəzifələr haqqında tədris işləri üzrə direktor müavini, dos. Gülarə Abdullayeva hesabatla çıxış edib.
2025-ci ilin “Konstitusiya və suverenlik ili” elan edilməsi ilə əlaqədar filialda keçirilmiş tədbirlər haqqında elmi işlər üzrə direktor müavini, dos.Nuralı Çələbiyev hesabat verib. Filialın “Sosial iş” ixtisasında tədris prosesinin təşkili və gedişi vəziyyəti haqqında filialın Humanitar fənlər kafedrasının müdiri sosiologiya üzrə fəlsəfə doktoru, baş müəllim İbrahim Abdulsəlimli hesabat təqdim edib. Elmi Şurada İnsan resursları və ümumi şöbənin fəaliyyəti haqqında şöbənin müdiri Laləzar Cəfərovanın hesabatı dinlənildikdən sonra cari məsələlər müzakirəyə çıxarılıb. Humanitar fakültənin dekanı, dos.Ulduz Mürşüdova, Pedaqoji fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Xalidə Abdullayeva, Keyfiyyətin təminatı şöbəsinin müdiri, baş müəllim Nərminə Nəsrullayeva və b. müzakirə olunan məsələlərlə bağlı öz təkliflərini bildiriblər. Elmi Şurada hər bir məsələyə dair müvafiq qərar qəbul olunub.





001002003
fondeduadpubir

VKkj