Yanvarın 30-da Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə “Tələbə Gənclər Təşkilatlarının mükafatlandırma mərasimi - 2026” tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən ATGTİ sədri Rəşad Zeynalov tələbə gənclərin ictimai və akademik fəaliyyətinin cəmiyyət üçün əhəmiyyətindən bəhs edib, tələbə təşkilatlarının gənclərin formalaşmasında oynadığı rolu vurğulayıb.
Mərasimdə rəsmi qonaqlar — Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru cənab Zəfər Qurbanov, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclər Təşkilatları ilə İş şöbəsinin müdiri cənab Nail Şükürov, həmçinin Elm və Təhsil Nazirliyi və Elektron Təhlükəsizlik Xidmətinin nümayəndələri çıxış edərək tələbə gənclərin ölkənin sosial və intellektual inkişafındakı rolunu yüksək qiymətləndiriblər.
Tədbir çərçivəsində tələbə gənclər təşkilatlarının sədrləri və fəal üzvləri “İlin TGT-si”, “İlin TGT sədri”, “İlin Klubu”, “Fəxri Fərman”, “İlin TGT nümayəndəsi”, “ATGTİ Məzunu” və “Fəxri Məzun” nominasiyaları üzrə mükafatlandırılıblar.
Mükafatlandırma mərasimində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının TGT sədri Xədicə Abdurahmanlı “ATGTİ Məzunu”, filialın tələbəsi Ceyhun Əlizadə isə “İlin TGT nümayəndəsi” nominasiyası üzrə təltif olunublar.
Sonda təşkilatçılar tərəfindən tədbirin tələbə gənclərin ictimai fəallığının artırılmasına və tələbə təşkilatları arasında əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.





001002003
fondeduadpubir

VKkj