- Details
- Dərc edilib: 03 Fevral 2026
- Oxunma sayı: 23
2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə Şəki-Zaqatala region gəncləri arasında “100% intellektual quiz” oyunu təşkil olunub. Tədbir fevralın 1- də Şəki Olimpiya İdman Kompleksində baş tutub.
Oyun Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Şəki İntellektual Klubunun birgə təşkilatçılığı ilə keçirilib. Tədbirin əsas məqsədi Azərbaycan Gəncləri Gününün qeyd edilməsi, gənclərin intellektual səviyyəsinin artırılması, məntiqi düşünmə bacarıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili və gənclər arasında sağlam rəqabət mühitinin formalaşdırılması olub. Bununla yanaşı, komanda ruhunun gücləndirilməsi, ünsiyyət bacarıqlarının artırılması və bilik mübadiləsinin təşviqi də hədəflənib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən intellektual yarış gənclərin böyük marağına səbəb olub, iştirakçılar yüksək fəallıq nümayiş etdiriblər. Yarışın nəticələrinə əsasən qalib komandalar müəyyənləşdirilib. Birinci yerə “Bongomia”, ikinci yerə “Lost”, üçüncü yerə isə “Dream Team” komandası layiq görülüb.
Qalib gələn komandalar Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin kubok, medal və diplomları ilə mükafatlandırılıb.
Qeyd edək ki, birinci yerə layiq görülən “Bongomia” komandasının üzvlərindən Aişənur İsmayılova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının müəllimi, Arif Salmanlı isə filialın tələbəsidir.













