- Details
- Dərc edilib: 13 Mart 2026
- Oxunma sayı: 55
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının direktoru dosent Vurğun Məmmədovun “Rəqəmsal bacarıqların inkişafı və kompüter proqramlarından istifadə imkanları" adlı təlimi uğurla başa vuran əməkdaşlarla görüşü keçirilib. Tədbirdə çıxış edən dos. Vurğun Məmmədov informasiya texnologiyalarından səmərəli istifadə bacarıqlarının müasir təhsil mühitində əhəmiyyətini vurğulayaraq, belə təlimlərin əməkdaşların peşəkar inkişafına mühüm töhfə verdiyini vurğulayıb və təlimin təşkilinə göstərdikləri dəstəyə görə filialın İnformasiya kommunikasiya texnologiya şöbəsinin müdiri Elmir Cəbrayılzadəyə, mütəxəssis Əlican İsmayılova təşəkkürünü bildirib. Sonra təlimi uğurla bitirən müəllim və əməkdaşlara sertifikatlar təqdim olunub.
Sonda xatirə şəkli çəkilib.













