- Details
- Dərc edilib: 06 Avqust 2026
- Oxunma sayı: 88
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının məzunları magistratura səviyyəsinə qəbul imtahanlarında növbəti uğura imza atıblar. Belə ki, filialın 35 nəfər məzunu 2026–2027-ci tədris ili üzrə ölkəmizin və xarici ölkələrin ali təhsil müəssisələrinin magistratura proqramlarına qəbul olunub.
Qəbul olunan məzunlar Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Qərbi Kaspi Universiteti, Bakı Avrasiya Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və digər nüfuzlu ali təhsil müəssisələrində təhsillərini magistratura səviyyəsində davam etdirəcəklər.
Əldə olunan nəticələr ADPU-nun Şəki filialında təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin nəzəri bilik və praktik bacarıqlarının inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü fəaliyyətin uğurlu nəticəsi kimi qiymətləndirilir.
Qeyd edək ki, filial məzunlarının hər il magistratura səviyyəsinə yüksək nəticələrlə qəbul olunması onların əmək bazarında rəqabətqabiliyyətli mütəxəssis kimi yetişdirildiyini, eləcə də filialın elmi-pedaqoji potensialının və tədris mühitinin davamlı inkişaf etdiyini göstərir.
ADPU-nun Şəki filialının kollektivi magistraturaya qəbul olunan bütün məzunları ürəkdən təbrik edir, onlara gələcək təhsil və elmi fəaliyyətlərində yeni nailiyyətlər arzulayır.













