Martın 29-da ADPU-nun Şəki filialının Elmi Şurasının növbəti iclası keçirilib. İclasda Elmi Şuranın üzvləri ilə yanaşı, filialın professor-müəllim heyəti də iştirak edib. İclasda Tələbə və tədrisin idarə olunması şöbəsinin 2020-2021-ci tədris ilinin birinci yarısında fəaliyyəti, “Riyaziyyat və informatika müəllimliyi” ixtisasında ixtisas fənləri üzrə tədris prosesinin təşkili və gedişi vəziyyəti, Humanitar fənlər kafedrasında tədris prosesinin və elmi tədqiqat işlərinin təşkili vəziyyəti, filialın elmi kitabxanasının, Tələbə Elmi Cəmiyyətinin və Tələbə Gənclər Təşkilatının fəaliyyəti ilə bağlı hesabatlar dinlənilib, müzakirələr aparılaraq müvafiq qərarlar qəbul edilib.
Elmi Şuranın iclasında filialda fəaliyyət göstərən Keyfiyyət komissiyasının sədri, tədris işləri üzrə direktor müavini, dos. Gülarə Abdullayeva tədris prosesinin onlayn təşkili vəziyyəti ilə bağlı geniş məlumat verib, tədris ili ərzində onlayn dərslərin gedişində müşahidə edilən müsbət cəhətlər, çatışmazlıqlar və qarşıda duran vəzifələrdən bəhs edib. İclas iştirakçılarının nəzərinə çatdırılıb ki, filialın fəaliyyətində əsas prioritetlərdən biri olan tədrisin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə aprel və may aylarında komissiya üzvləri tərəfindən onlayn dərslərin monitorinqi həyata keçiriləcək.
Elmi Şuranın iclasında filial əməkdaşlarının elmi fəaliyyətinin stimullaşdırılması məqsədilə onların rəğbətləndirilməsinə dair müvafiq qərar qəbul edilib.





001002003
fondeduadpubir

VKkj