ADPU-nun Şəki filialının Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının növbəti elmi seminarı keçirilib. Microsoft Teams platforması üzərindən keçirilən seminarda kafedra müdiri prof. Firədun İbrahimov və kafedranın əməkdaşları iştirak ediblər.
Elmi seminarı giriş sözü ilə kafedra müdiri prof. Firədun İbrahimov açaraq bildirib ki, elmi seminar “IV sənaye inqilabı və onun təhsilə təsiri” mövzusuna həsr olunub. Natiq məsələ ilə bağlı öz fikir və mülahizələrini seminar iştirakçılarına çatdırdıqdan sonra məruzə üçün sözü kafedranın hazırda fəlsəfə doktoru proqramı üzrə hazılıq keçməkdə olan baş müəllimi Nuranə Cəbrayılovaya verib. Məruzəçi mövzu ilə bağlı hazırladığı slaydlar üzrə sənaye inqilablarının interpretasiyasını verərək bu iyerarxik inkişafın hər bir mərhələsinin xarakterik xüsusiyyətləri, sənaye inqilablarının “insan-təbiət“ qarşıdurmasına göstərdiyi təsirləri arqumentləşdirib, “texnodemokratik-informasiyalı” cəmiyyətin təhsillə bağlı çağrışlarına diqqət yönəldərək, IV sənaye inqilabının təhsilin adekvat inkişafına edəcəyi təsirlərin istiqamətlərinə şərh verib, ona verilən sualları cavablandırıb.
Kafedra əməkdaşlarının xüsusi marağına səbəb olan məruzə ətrafında dos.Qüdürət Bəkirov, baş müəllimlər Gülnara Abdurahmanova, Kifayət Şirinova, Gülnarə Qarayeva, Səadət Feyzullayeva çıxış ediblər.
Seminarın sonunda kafedra müdiri prof. Firədun İbrahimov məruzəçiyə öz tövsiyələrini verib və bütün iştirakçılara təşəkkürünü bildirib.





001002003
fondeduadpubir

VKkj