ADPU-nun Şəki filialında çoxşaxəli və zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan Süleyman Rüstəmin anadan olmasının 115 illiyi münasibətilə tədbir keçirilib.
Microsoft Teams proqramı vasitəsilə keçirilən tədbirdə filialın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbirdə şairin həyat və yaradıcılığı haqqında maraqlı çıxışlar dinlənilib. Filialın filologiya fakültəsinin lll tədris ili tələbəsi Aytac Salmanzadə “Süleyman Rüstəmin həyat və yaradıcılığı”, Humanitar fənlər kafedrasının baş müəllimləri Rasimə Əhmədova “Süleyman Rüstəmin lirikası”, Nübar İbrahimova “S.Rüstəmin cənub lirikası və poemaları”, filologiya fakültəsinin I tədris ili tələbəsi Fidan Məmmədova “Süleyman Rüstəmin dramaturgiyası” mövzusunda maraqlı və ətraflı məlumat veriblər.
Sonra filialın tələbələri Vəsilə Allahverdiyeva və Püstəxanım Həsənzadənin təqdimatında şairin şeirləri dinlənilib.
Tədbirdə filologiya fakültəsinin IV tədris ili tələbələri Əfsanə Məmmədova, Tamam Məhərrəmli, Ülvi Məmmədli şairin “Çimnaz xanım yuxudadır” pirpərdəli pyesini onlayn səhnəcik şəklində iştirakçılara təqdim ediblər.
Tədbirin sonunda filialın tədris işləri üzrə direktor müavini, fil.ü.f.d., dosent Gülarə Abdullayeva, tərbiyə işləri üzrə təşkilatçı, baş müəllim Xuraman Həmidova, baş müəllimlər İlahə Süleymanova və Pakizə Əliyeva Süleyman Rüstəmin Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyi ilə bağlı fikirlərini bildirərək, tədbirin təşkilatçılarına təşəkkürlərini bildiribilər.

 





001002003
fondeduadpubir

VKkj