İyunun 25-də Şəki Şəhər İcra Hakimiyyətinin akt zalında “Narkomaniya və Narkobizneslə Bağlı Ümumdünya Mübarizə Günü” münasibətilə maarifləndirmə tədbiri keçirilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Əhmədiyyə Bəşirov, Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov, YAP Şəki Şəhər Təşkilatının Gənclər Birliyinin sədri Ziyad Əkbərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının, Şəki Regional Kollecinin müəllim və tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əhmədiyyə Bəşirov tədbirin məqsədi haqqında məlumat verərək bu günün dünyada Narkomanlığa Qarşı Mübarizə Günü olduğunu bildirib. Natiq qeyd edib ki, narkomaniyanın bir çox fəsadları var. Hamılıqla bu fəsadların aradan qaldırıması üçün mübarizə aparmalıyıq. Natiq Şəki Şəhər İcra Hakimiyyətinin nəzdində “Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” Komissiyasının fəaliyyət göstərdiyini və ötən dövr ərzində bu komissiyanın bir çox maarifləndirici tədbirlər keçirdiyini diqqətə çatdırıb. Sonra narkotik vasitələrin insan orqanizmə yol açdığı fəsadlar barədə videoçarx nümayiş etdirilib.
Tədbirdə Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəisi Daşqın Mikayılov mövzu üzrə fikirlərini iştirakçılarla bölüşərək, narkomaniyanın böyük bəla olduğunu vurğulayıb və “Narkomaniyanı atın, həyatı atmayın!” şüarı ilə çıxış edib. Sonra YAP Şəki Şəhər Təşkilatının Gənclər Birliyinin sədri Ziyad Əkbərov narkomaniya, narkomanlığın fəsadları haqqında, o cümlədən, Şəkidə belə hallara qarşı aparılan mübarizə tədbirləri haqqında geniş məlumat verib. Tədbirdə qeyd olunub ki, təşkil olunan belə tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, narkotik vasitələrin insan orqanizminə yol açdığı fəsadlar barədə gəncləri məlumatlandırmaq, bu sahədə məsuliyyəti artırmaq, gəncləri problemi yaradan səbəblərin aradan qaldırılmasına səfərbər etmək məqsədi daşıyır.





001002003
fondeduadpubir

VKkj