İyunun 25-də ADPU-nun Şəki filialında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 103-cü ildönümünə həsr olunmuş “ORDUMUZ - QÜRURUMUZ, VÜQARIMIZ, GÜVƏNC YERİMİZ” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Microsoft Teams proqramı vasitəsilə təşkil olunan konfransda filialın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Konfransı giriş sözü ilə filialın direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov açaraq bildirib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra ordu quruculuğu sahəsində börük işlər həyata keçirilib. Natiq əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu işinin Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ordu quruculuğu sahəsində görülən böyük işləri və bu gün Azərbaycanın qüdrətli, eyni zamanda öz ölkəsinin ərazi bütövlüyünü təmin etməyə qadir olan müzəffər bir orduya sahib olmasını diqqətə çatdırıb.
Konfransda filialın Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Vüsal Baxışovun “Azərbaycan Milli Ordusunun yaranması və inkişaf yolu”, filialın Təbiət fənləri və onların tədrisi metodikası kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, professor Firədun İbrahimovun “Sərhəd Xidmətinin yaradımasında Ümumilli Lider Heydər Əliyevin tarixi xidmətləri”, filialın elmi işlər üzrə direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nuralı Çələbiyevin “II Qarabağ Müharibəsi: ərazi bütövlüyünün bərpası və tarixi qələbədə Azərbaycan Ordusunun rolu” mövzularında çıxışları dinlənilib.
Konfrans direktor dosent Rafiq Rasulovun yekun nitqi ilə başa çatıb. Natiq bu qürurverici hadisənin tarixi əhəmiyyətindən bəhs edərək, bayram münasibətilə bütün iştirakçıları təbrik edib, uğurlar arzulayıb.





001002003
fondeduadpubir

VKkj