Son illər ölkəmizdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində güclü islahatlar həyata keçirilir. Təhsil sahəsində atılan uğurlu addımlardan biri də kiçikyaşlı uşaqların məktəbə hazırlanması məqsədilə onların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmasıdır. Bu prosesi Azərbaycanın bütün bölgələrində həyata keçirmək – ucqar ərazilərdə uşaqların məktəbəqədər təhsil müəssisələrinə cəlb olunmasını təmin etmək məqsədilə 2017-ci ildən Avropa İttifaqının maliyyə dəstəyi və UNİCEF-in birbaşa dəstəyi ilə Azərbaycan Respublikası Təhsil İnstitututu tərəfindən “İcma əsaslı uşaq təhsil mərkəzləri” layihəsi həyata keçirilməyə başlayıb. Layihə çərçivəsində ölkənin ucqar əazilərində, dağlıq bölgələrdə, sərhədyanı zonalarda yaşayıb məktəbəqədər təhsilə cəlb edilə bilməyən 3-5 yaşlı uşaqların təhsil müəssisələrinə cəlb olunması və məktəbə hazırlanmasının təmin edilməsidir. Bu prosesi reallaşdırmaq üçün Azərbaycan Respublikası Təhsil İnstitutu və Azərbaycan Dövlət Pedaqoji Universiteti sıx əməkdaşlıq edərək 20-25 iyun və 01-04 iyul 2021-ci il tarixlərində təlimlər təşkil ediblər. Təlimlərin təşkilində məqsəd ucqar ərazilərdə məktəbəqədər təhsili təmin etmək üçün kadr hazırlığını həyata keçirməkdir. Həmin təlimlər nəticəsində bölgələrdə belə kadrların yetişdirilməsi üçün təlimçilər hazırlanıb və həmin təlimçilərin yerlərdə təlimlər keçirməsi nəzərdə tutulub. ADPU-nun Şəki filialının iki əməkdaşı: baş müəllim Pakizə Əliyeva və Leyla Nuriyeva da fəal iştirak edərək təlimləri uğurla başa vurublar. Artıq avqustun 9-dan etibarən Şəki filialında filialın təlimçi müəllimlərinin rəhbərliyi ilə təlimə start verilib. Təlimdə Şəki, Zaqatala, Qax, Balakən, Yevlax, Ağdaş, Gəncə, İsmayıllı, İmişli, Goranboy, Qəbələ, Göyçay, Kəlbəcər, Samux, Kürdəmir, Xocalıdan olan 52 nəfər müdavim iştirak edir. Təlimin yüksək səviyyədə həyata keçməsi üçün filialda lazımi şərait yaradılıb, auditoriyalar ən müasir avadanlıqlarla təchiz edlib. Filialın elmi işlər üzrə direktor müavini, dos. Nuralı Çələbiyev müdavimlərlə görüşərək mövzularla bağlı öz fikir və mülahizələrini bildirib. Təlim sentyabrın 15-dək davam edəcək.





001002003
fondeduadpubir

VKkj