Noyabrın 14-də Səbail rayonu Gənclər və İdman İdarəsinin (Gİİ), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbə Gənclər Təşkilatının (ADPU TGT) təşkilatçılığı və ev sahibliyi ilə Vətən müharibəsində qazanılan qələbənin birinci ildönümünə həsr olunmuş “Xarıbülbül” adlı "Nə? Harada? Nə zaman?" (NHN) formatında intellektual yarış keçirilib.
Yarışın rəsmi açılış mərasimində iştirak edən Səbail rayonu Gİİ-nin əməkdaşı Xasay Vəliyev uzun fasilədən sonra belə bir mövzuda baş tutan ənənəvi intellektual yarışın vacibliyini diqqətə çatdırıb və iştirakçılara uğurlar arzu edib.
Sonra ADPU-nun Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turan Kərimli çıxış edərək yarışın əhəmiyyətindən bəhs edib və yarış iştirakçılarına uğurlar diləyib, bu qəbildən olan layihələrin daha mütəmadi, silsilə formada həyata keçirilməsi məqsədilə məqsədyönlü fəaliyyətin həyata keçirilməsini vurğulayıb.
Yarışda 16 komanda iştirak edib və yekun göstəricilərə əsasən, ən yaxşı nəticəyə malik olan 3 komanda mükafatlandırılıb. Yarışın qalibi 13 xalla ADPU-nun Quba filialını təmsil edən “Assasins Creed” komandası, 2-ci yerin sahibi 12 xalla ADPU-nun Ağcabədi filialını təmsil edən “Harop” komandası, 3-cü yerin sahibi isə ADPU-nun Şəki filialını təmsil edən “Volves” komandası olub.
Sonda iştirak edən bütün komandalara və göstərilən dəstəyə görə Universitet rəhbərliyinə, Səbail Gİİ-yə və ATGTİ-yə minnətdarlığını bildirən ATGTİ-nin sədr müavini, ADPU TGT-nin sədri İsmayıl Nəsirov ADPU-da intellektual hərakatın yeni dönəmə qədəm qoyacağını və bu tip oyunların daha davamlı şəkildə həyata keçiriləcəyini vurğulayıb.





001002003
fondeduadpubir

VKkj