ADPU-nun Şəki filialının yaradılmasının 30 illik yubileyinə həsr olunmuş təntənəli yubiley tədbirində iştirak etmək üçün ADPU-nun rektoru professor Cəfər Cəfərov və universitetin bir qrup əməkdaşı Şəkiyə gəliblər. Qonaqlar martın 9-da filialda olub, müəssisənin infrastrukturu, maddi texniki bazası ilə yaxından tanış olublar. Sonra filialın akt zalında görüş keçirilib. Görüşdə rektor professor Cəfər Cəfərov son dövrlərdə təhsil sistemində gedən ciddi dəyişikliklər, ADPU-da həyata kecirilən islahatlar, qarşıda duran vəzifələr barədə filial əməkdaşlarına ətraflı məlumat verib. Sonra filial əməkdaşlarını və tələbələri maraqlandıran suallar cavablandırılıb. ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov görüşdə səsləndirilən fikirlərə munasibət bildirib, öz fikirlərini iştirakçılarla bölüşüblər. Sonra ADPU-nun Həmkarlar İttifaqi tərəfindən filialın bir qrup əməkdaşına və tələbəsinə yubiley münasibətilə Fəxri Fərman və pul mükafatı təqdim edilib.
Qeyd edək ki, filialın 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasim martın 10-da Şəkidə - Heydər Əliyev mərkəzində keçiriləcəkdir.





001002003
fondeduadpubir

VKkj