Bu gün ADPU-nun Şəki filialının Dillər və onların tədrisi texnologiyası kafedrasının müdiri Əsmayə Əkbərovanın 75 yaşı tamam olur. Bu münasibətlə filialın çoxsaylı kollektivi və tələbələri adından Əsmayə xanımı təbrik edir, sağlam və mənalı ömür, pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.
Əsmayə Əkbərova 25 aprel 1947-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olub, təhsilini Şəki şəhərindəki 10 saylı məktəbdə alıb. 1962-ci ildə 9-cu sinfi bitirdikdən sonra Şəki Pedaqoji Texnikumuna daxil olub, 1966-cı ildə oranı fərqlənmə diplomu ilə bitirərək, M.F.Axundov adina Xarici Dillər İnstitutuna qəbul olunub.
1971-ci ildə İnstitutu bitirərək, təyinatla Şəki şəhərində 12 №-li məktəbdə fransız dili müəllimi kimi fəaliyyətə başlayıb.1974-cü ildən pedaqoji fəaliyyətini şəhərdə yeni tikilən 20 nömrəli məktəbdə davam etdirib. Uzun müddət məktəb Həmkarlar Təşkilatının sədri kimi fəaliyyət göstərib. İşdə fərqləndiyinə görə, “Baş müəllim” döş nişanı və diplomuna layiq görülüb. 2002-ci ilə qədər həmin məktəbdə çalışıb.
1996-cı ildən Respublika Fransız dili Müəllimləri Assosiasiyasının üzvü, Assosiasiyanın Şəki təşkilatının sədri olub. 1996-cı ildəni Baş Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması İnstitutunun Şəki filialının dəvəti ilə orta məktəblə yanaşı, burada da fəaliyyət göstərib.
2000-ci ildən AMİ-nin Şəki filialında metodist, kabinet müdiri vəzifələrində çalışıb.
17 oktyabr 2017-ci ildən ADPU-nun Şəki filialında Dillər kaferdasının müdiri və fransız dili müəllimi kimi fəaliyyət göstərir.
Bir çox elmi məqalə və tezislərin, tədris proqramlarının müəllifidir. Fransanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi treninqlərdə mütəmadi iştirak edərək çoxlu sayda sertifikat qazanıb.
Ə.Əkbərova respublika və beynəlxalq konfransların iştirakçısıdır.
Dəyərli pedaqoqumuzu yubiley münasibətilə təbrik edir, uzun ömür, uğurlu fəaliyyət arzulayırıq.
Fransız dili sahəsində məhsuldar fəaliyyətinə görə, Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən “Palmes Academiques” medalı və “Təhsil kavaleri” diplomu ilə təltif olunmuşdur.
2000-ci ildə Fransanın Azərbaycandakı Səfirliyi tərəfindən Fransaya - Bezanson şəhərinə ixtisasartırma kursuna göndərilmişdir. Həmin ildə Parisə10 günlük səyahət də qazanmışdır.
Hazırda ADPU-nun Şəki filialında Dillər kaferdasının müdiri və fransız dili müəllimi kimi fəaliyyətini davam etdirir.

 





001002003
fondeduadpubir

VKkj