https://www.facebook.com/ShekiSIH/posts/pfbid02sd6V5FoLVJtdjS4SBpGEgYe22xxDGm4VpDeuMozmFm5e4AmZ8Ln8tRPttWXKEYgol

Vətən müharibəsinin başa çatmasından ötən qısa müddətdə Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri dövlətimizin gücünün təsdiqidr. Qısa dövrdə bu cür iri infrastrukturların yaradılması haqlı olaraq bütün dünyada heyrət və maraq doğurur. Qısa müddətdə nəhəng infrastruktur layihələrinin icrasının başa çatdırılması Prezident cənab İlham Əliyevin böyük siyasi iradəsinin təcəssümüdür. Bütün bu layihələr dövlətimizin öz maddi imkanları ilə həyata vəsiqə almışdır.
Hazırda Qarabağ və Şərqi Zəngəzurda çoxsaylı layihələrin icrası davam edir. Burada işlər planlı şəkildə aparılır. Artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi qurulur. Bu layihələr üzrə avtomobil yollarının uzunluğu 700 km-dən artıq olacaq. Bu yolların bir qismi ən mürəkkəb relyef şəraitində inşa olunur. Görülən işlər, həyata keçirilən tədbirlər bir daha deməyə əsas verir ki, bu məqsədlə qəbul olunmuş proqramın uğurla icra olunması sayəsində quruculuq-bərpa işləri tezliklə başa çatacaq, insanlarımız yurd həsrətinə son qoyaraq öz doğma torpaqlarında firavan yaşayacaqlar.





001002003
fondeduadpubir

VKkj