2020-ci ilin sentyabrın 27-də Ermənistan ölkəmizə qarşı növbəti hərbi təcavüz həyata keçirdi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında bu təcavüzə cavab olaraq, işğaldakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı.
Rəşadətli ordumuz, Ali Baş Komandanın ətrafında yumruq kimi birləşən xalqımız həmrəylik, əzm və iradə nümayiş etdirdi, mənfur düşmənə sarsıdıcı zərbələr endirildi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən Müzəffər Azərbaycan Ordusu zəfər yürüşünə başladı və buna dözə bilməyən düşmən öz iyrənc üzünü göstərərək təxribatlara əl atdı, neçə-neçə günahsız insanı – körpə, qadın, qoca, cavanı hədəfə almaqla dünyada analoqu olmayan müharibə cinayətləri törətdi, lakin onların heç bir əməli xalqımızın iradəsi, ordumuzun əzmkarlığı qarşısında duruş gətirə bilmədi. Beləliklə, 27 sentyabr - Zəfərə gedən yolun başlandığı gün oldu.
Vətən müharibəsində Azərbaycan ordusunun 2783 nəfər hərbiçisi həlak oldu, yüz nəfərdən artıq hərbi qulluqçu itkin düşdü, 1000 nəfərdən artıq hərbi qulluqçu yaralanaraq sağlamlığını itirdi. Qəhrəman şəhidlərimiz, əsgər və zabitlərimiz, qazilərimiz öz qanları, canları bahasına işğal altında olan torpaqlarımızı azad etdilər. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Şəhidlərimiz öz qanları ilə Azərbaycan tarixinin ən şanlı səhifəsini yazdılar. Bu gün hər bir azərbaycanlı qalib dövlətin vətəndaşı kimi bu zəfəri, qalibiyyəti onlara yaşadan Azərbaycan dövləti ilə, güclü ordumuzla fəxr edir, şəhidlərimizin əziz xatirəsi qarşısında hörmət və ehtiramla baş əyir.
Ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
ADPU-nun Şəki filialında da 27 sentyabr - Anım Günü və 8 noyabr - Zəfər Günü ilə bağlı Tədbirlər Planı hazırlanaraq təsdiq edilib. Həmin Tədbirlər Planına əsasən, filialda foto və sənədli materiallardan ibarət “Qarabağ Zəfərinin Salnaməsi” adlı sərgi, sosial mediaya işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq və bərpa işləri ilə bağlı məqalə hazırlanıb, tələbələr arasında “Şuşa Qarabağın tacıdır” adlı esse-yazı müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Nəzərdə tutulan “Vətən qəhrəmanlarını unutmadı, unutmaz!” adlı konfrans, Zəfər Gününə həsr olunmuş voleybol yarışları və dərslər də Tədbirlər Planına daxil edilən məsələlərdəndir.
Bu gün filialda şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında hörmətlə baş əyirik!

 

 





001002003
fondeduadpubir

VKkj