Sentyabrın 29-da ADPU-nun Şəki filialının Tələbə Gənclər Təşkilatı (TGT) pedaqoji fakültənin I tədris ili tələbələri ilə görüş keçirib. Görüşün keçirilməsində məqsəd yeni qəbul olunmuş tələbələri filialın tələbə təşkilatları, eləcə də TGT-nin idarə heyəti ilə tanış etmək, filialın tələbə həyatı, təşkil olunan tədbirlər haqqında məlumat vermək olub. Filialın akt zalında keçirilən görüşdə Karyera mərkəzinin müdiri Xuraman Həmidova, tütorlar da iştirak ediblər.
Əvvəlcə, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi sükutla yad edilib. Sonra Xuraman Həmidova tədbir iştirakçılarını salamlayaraq, yeni qəbul olunmuş tələbələrə uğurlar arzulayıb və bildirib ki, hər bir tələbənin gələcək karyerası elə indidən - təhsil illərindən başlayır. Müvafiq ixtisas üzrə bilik və bacarıqlara yiyələnməklə bərabər, ictimai işlərdə də fəal iştirak etmək, elmi konfranslara, bilik yarışlarına qatılmaq, təşkil olunan müxtəlif tədbirlərdə təşkilatçı və iştirakçı kimi fəallıq göstərmək hərtərəfli inkişafa müsbət təsir göstərən amillərdəndir.
Sonra TGT-nin idarə heyətinin üzvləri tələbələrə təqdim olunub. Aysun Kərimova, Fəridə Qədirbəyova, Sayad Süleymanova çıxış edərək, tələbələrə TGT-nin nəzdində fəaliyyət göstərən klublar, bu klublar xəttilə həyata keçirilən tədbirlər, TGT-nin qazandığı uğurlar barədə məlumat veriblər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.





001002003
fondeduadpubir

VKkj