Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında Zəfər Günü münasibətilə silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri "ON1000 proqramı" çərçivəsində filialın Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Kinoklubun təşkilatçılığı ilə Zəfər gününə həsr olunmuş "44 gün, 44 an" adlı sənədli filmin nümayişi və müzakirəsi olub. Vətən müharibəsində ordumuzun apardığı qəhrəmanlıq dolu mübarizədən bəhs edən filmə baxışın əsas məqsədi gənclərdə vətənpərvərlik ruhunu aşılamaq, onlara Azərbaycan ordusunun rəşadəti, dövlətimizin gücü, xalqımızın haqlı mübarizəsi haqqında əhatəli məlumat vermək olub. Filialın tələbələrinin həmin filmə kütləvi baxışı təşkil olunub. Filmə baxdıqdan sonra tələbələr film haqqında öz təəssüratlarını bölüşüblər.





001002003
fondeduadpubir

VKkj