ADPU-nun Şəki filialında Ümumelmi fənlər kafedrasının dəstəyi və Gənc Psixoloqlar Birliyinin (GPB) üzvlərinin təşkilatçılığı ilə növbəti seminar təşkil olunub. Seminarda filialın Ümumelmi fənlər kafedrasının baş müəllimi, GPB-nin rəhbəri baş müəllim Kəmalə Ramazanova və GPB-nin üzvləri iştirak ediblər. “İmtahan stressi yaşayan şəxslərlə aparılan koqnitiv biheviral terapiya” mövzusuna həsr olunmuş praktik seminarda “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının dördüncü tədris ili tələbəsi Nazənin Şıxaliyevanın təqdimatında imtahan stressi zamanı yaşanan probelmlərlə bağlı məsələlər izah olunub, eyni zamanda bu şəxslərlə aparılan terapiya haqqında məlumat verilib. Seminarda məruzəçinin imtahan stressi yaşayan tələbə ilə bir ay ərzində apardığı terapiya seansları haqqında videolar da nümayiş olunub. Video nümayişi seminar iştirakçılarının marağına səbəb olub. Sonra terapiya seansları ilə bağlı müzakirə aparılıb. Seminarın sonunda GPB-nin rəhbəri, baş müəllim Kəmalə Ramazanova məruzəçiyə təşəkkür edib, mövzu ilə bağlı öz fikir və mülahizələrini bildirib





001002003
fondeduadpubir

VKkj