26 dekabr 2022-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının növbəti Elmi Şura iclası keçirilib. İclasda ADPU-nun Şəki filialının 30 nəfər Elmi Şura üzvündən 28 nəfəri və dəvət olunmuş filial əməkdaşları iştirak edib.
Elmi Şuranın sədri, ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent R.A. Rasulov Elmi Şura üzvlərini və filial əməkdaşlarını salamladıqdan sonra 2022-ci ilin yekunları və 2023-cü ilun məsul tədris ili olacağını Elmi Şura üzvlərinin və iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Sonra Elmi Şura sədri qarşıdan gələn yeni – 2023-cü il və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə iclas iştirakçılarını təbrik etmişdir.
İclasın gündəliyində duran “2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın gedişi” vəziyyəti və qarşıda duran vəzifələr haqqında” filialın Tədris işləri üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent G.A. Abdullayeva da qarşıdan gələn yeni – 2023-cü il və 31 Dekabr Dünya Azərbaycanlı- larının Həmrəyliyi Günü münasibətilə iclas iştirakçılarını təbrik etdikdən sonra geniş şəkildə Elmi Şura üzvlərinə və iclas iştirakçılarına məlumat vermişdir. Dosent G.A. Abdullayevanın məlumatında səsləndirilmişdir ki, payız imtahan sessiyasına filialın dekanlıqları və kafedralarında ciddi hazırlıq işləri aparılmış, dekanlıqlarda və kafedralarda imtahanların aparılmasının tənzimlənməsi ilə bağlı lazımi təşkilati işlər görülmüş, imtahan sualları və biletləri kafedra iclaslarında müzakirə edilmiş, imtahan keçiriləcək fənlərin imtahan sualları tələbələrə çatdırılmışdır.
Sonda iclasın cari məsələləri müzakirəyə çıxarılmış, filialın ayrı-ayrı kafedraları- nın əməkdaşlarının tərtib etdikləri fənn proqramları müzakirəyə çıxarılaraq müzakirə və təsdiq üçün ADPU-nun Tədris-Metodik Şurasına göndərilməsi qərarlaşdırılmışdır. Elmi Şura iclası işgüzar şəraitdə başa çatmış, müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul edilmişdir.





001002003
fondeduadpubir

VKkj