Şəki şəhərində Heydər Əliyev Mərkəzində “Dövlət idarəçiliyində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbir Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin məsul səxsləri, Şəki rayonunun kəndlərinin bələdiyyə sədrləri və icra nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı Sadiq Yusifov açaraq, möhtərəm prezident İlham Əliyevin 09 aprel 2013-cü il tarixlı “Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafina dair Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrasının vacibliyini vurgulayıb və qeyd edib ki, Dövlət Proqramının 6.2.3. bəndində dövlət idarəçiliyində və kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün istifadəsinə dair maarifləndirici tədbirlərin təşkili məqsədəuygun hesab edilib. Natiq maarifləndirici tədbirin təşkilinin də bu məqsədə xidmət etdiyini vurğulayıb.
Sonra ADPU-nun Şəki filialının tədris işləri üzrə direktor müavini, fil.ü.f.d., dosent Gülarə Abdullayeva “Qloballaşma dövründə Azərbaycan dilinin saflığının qorunması istiqamətində qəbul edilən dövlət proqramları obyektiv zərurətin nəticəsidir” mövzusunda məruzə ilə çıxış edib.
Məruzəçi qloballaşmanın sürətlə getdiyi hazırkı dövrdə baş verən prosesləri təhlil edərək bildirib ki, ən vacib məsələ bu proseslərin doğurduğu çeşidli problemləri əvvəlcədən müəyyənləşdirərək qabaqlayıcı tədbirlər görmək, milli-mənəvi dəyərlərin zərər çəkməsinin qarşısını almaqdır. Bu prosesdə diqqət yetirilməli ən əsas məqamlardan birincisi ana dilinin saflığını qoruyub saxlamaq, onun yad ünsürlərin mənfi təsirinə məruz qalmasının qarşısını almaqdır. Çünki dil xalqın, millətin varlığını şərtləndirən əsas amildir. Məruzədə Azərbaycan dilinin keçdiyi tarixi inkişaf prosesinə ümumi nəzər salınıb, Ümummilli lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində tarixi xidmətləri iştirakçıların diqqətinə çatdırılıb. Müstəqillik dövründə Azərbaycan dilinin inkişafı və saflığının qorunması istiqamətində görülən işlər, həyata keçirilən dövlət proqramları haqqında məlumat verən natiq bildirib ki, "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın qısa müddətdə hazırlanaraq Prezident İlham Əliyevin 2013-cü il 9 aprel tarixli sərəncamı ilə təsdiq olunması mənəviyyatımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması yolunda mühüm tarixi hadisədir.
Məruzədə Dövlət Proqramının məqsədi, gözlənilən nəticələr və qarşıya qoyulmuş vəzifələr haqqında ətraflı məlumat verilib.
Tədbirdə mövzu ilə bağlı suallar cavablandırılıb.





001002003
fondeduadpubir

VKkj