- Details
- Dərc edilib: 17 Mart 2023
- Oxunma sayı: 7848
Martın 17-də “Heydər Əliyev ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Şəki Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən aksiyada şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının könüllüləri, idarə və müəssisələrin əməkdaşları, o cümlədən Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının kollektivi də iştirak ediblər.
Şəki Heydər Əliyev Mərkəzinin qarşısındakı ərazidə keçirilən aksiya zamanı şam ağacları əkilib, yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib.
Aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ətraf mühitin qorunmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mühitin sağlamlaşdırılmasına töhfə vermək, insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdən ibarət olub.