Aprelin 6-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Dillər və onların tədrisi texnologiyasi kafedrasının növbəti elmi seminarı keçirilib. Seminarda kafedranın əməkdaşları: baş müəllim Nərminə Nəsrullayeva "Xarici dilin öyrənilməsi üçün strategiyalar", baş müəllim Türkan Məcidova "Füyuzat jurnalında ana dili məsələsi", müəllim Nuran Mürşüdzadə "Sinifdə sözsüz ünsiyyət" mövzusunda təqdimat ediblər. Təqdimatlar başa çatdıqdan sonra mövzularla bağlı müzakirə aparılıb. Seminar iştirakçıları təqdim edilən mövzularla bağlı öz fikir və mülahizələrini bildiriblər. Seminarın sonunda Filologiya fakültəsinin dekanı dos. Ulduz Mürşüdova, kafedranın müdiri baş müəllim Əsmayə Əkbərova çıxış edərək, maraqlı təqdimat üçün məruzəçilərə təşəkkür edib, mövzularla bağlı öz fikirlərini iştirakçılarla bölüşüblər.





001002003
fondeduadpubir

VKkj