Mayın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının əməkdaşları Şəkinin 18 saylı tam orta məktəbində və Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseydə olublar. Buraxılış siniflərinin şagirdlərinə filial haqqında, eləcə də 2023-2024-cü tədris ili üzrə filiala tələbə qəbulu aparılacaq ixtisaslarla bağlı məlumat vermək məqsədilə təşkil edilən tanışlıq görüşlərində filialın tədris işləri üzrə direktor müavini dosent Gülarə Abdullayeva, Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri professor Firədun İbrahimov və Keyfiyyətin təminatı şöbəsinin müdiri baş müəllim Nərminə Nəsrullayeva iştirak ediblər. Görüşdə filialın fəaliyyətini, inkişaf dinamikasını, tədris prosesini, tələbələrin sosial həyatını əhatə edən videocarx nümayiş olunub, qəbul aparılacaq ixtisaslar, filialın hədəfləri, kadr potensialı, maddi-texniki bazası haqqında ətraflı məlumat verilib. Görüş zamanı sagirdləri maraqlandıran suallar cavablandırılıb.





001002003
fondeduadpubir

VKkj