Mayın 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının Elmi Şurasının növbəti iclası keçirilib. İclasda 25 nəfər Elmi Şura üzvü və dəvət olunmuş filial əməkdaşları iştirak ediblər.
Elmi Şuranın sədri, ADPU-nun Şəki filialının direktoru riyaziyyat üzrə elmlər doktoru, dosent Rafiq Rasulov öncə ADPU-nun Elmi Şurasında tədrisin gedişi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı qarşıya qoyulmuş vəzifələri Elmi Şura üzvlərinin və filial əməkdaşlarının diqqətinə çatdırıb, sonra Elmi Şuranın gündəliyi ilə iştirakçıları tanış edib.
Elmi Şurada gündəlikdə duran üç məsələ müzakirə edilib. “2022-ci ildə elmi fəaliyyət sahəsində ən yüksək nəticələr əldə etmiş əməkdaşların reytinq qiymətləndirilməsinin nəticələri haqqında” adlı birinci məsələ ciddi müzakirə edilib. Filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri, baş müəllim Nərmimə Nəsrullayeva məsələ ilə bağlı çıxış edib və əməkdaşlaın ADPU tərəfindən son nəticə olaraq göndərilmiş reytinq göstəricilərini diqqətə çatdırıb. 2022-ci ildə reytinq göstəriciləri yüksək olmuş əməkdaşlar rəğbətləndirilərək mükafata təqdim olunub, bu sahədə göstəriciləri zəif olan müəllimlərə ciddi xəbərdarlıq edilib.
“Filialda Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasında tədris prosesinin təşkili və gedişi vəziyyəti haqqında” adlı ikinci məsələ haqqında filialın Filologiya fakültəsinin dekanı dosent Ulduz Mürşüdovanın geniş hesabatı dinlənilib. Dosent Ulduz Mürşüdova sözügedən ixtisasda tədrisin təşkili və gedişi vəziyyətinin qənaətbəxş olduğunu, həmin ixtisasda tədris prosesi ilə məşğul olan müəllimlərin elmi-pedaqoji fəaliyyətlərinin dövlətimizin təhsil strategiyasının istiqamətlərinə uyğun qurulduğunu vurğulayıb, mövcud problemlər və onların aradan qaldırılması yollarını diqqqətə çatdırıb. Prof. Firədun İbrahimov, dosent Gülarə Abdullayeva və digər əməkdaşlar çıxış edərək məsələyə münasibət bildirib, nöqsanlar və onların həlli yollarına dair öz təkliflərini irəli sürüblər.
Elmi Şura gündəlikdə duran üçüncü - “Filialda “İbtidai sinif müəllimliyi” ixtisasında tədris prosesinin təşkili və gedişi vəziyyəti haqqında” məsələsi ilə bağlı filialın Ümumelmi fənlər kafedrasının müdiri, dosent Sədrəddin Bədiyev məlumat verərək, sözügedən ixtisasda tədrisin təşkili və gedişi ilə bağlı keçirilmiş monitorinqlərin nəticələrini diqqətə çatdırıb, bu sahədə olan uğur və çatışmazlıqları vurğulayıb.
Hər üç məsələ ilə bağlı Elmi Şura tərəfindən müvafiq qərar qəbul edilib.





001002003
fondeduadpubir

VKkj