Mayın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Açıq qapı” günü keçirilib. Şəkinin ümumtəhsil məktəblərinin müəllimləri və buraxılış siniflərinin şagirdləri filialda olublar. “Açıq qapı” gününün keçirilməsində məqsəd 2023-2024-cü tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq arzusunda olan şagirdlərə filial haqqında əhatəli məlumat vermək və onları filialının maddi-texniki bazası, kadr potensialı ilə tanış etmək olub. Müəllim və şagirdlər əvvəlcə filialın fakültə dekanlıqlarında, kafedra və müvafiq şöbələrində, kitabxanasında olublar, tədris prosesi haqqında məlumat əldə ediblər. Sonra filialın akt zalında görüş keçirilib. Görüşdə filialın tədris işləri üzrə direktor müavini dos. Gülarə Abdullayeva şagirdlərə qarşıda onları çox mühüm və məsuliyyətli bir mərhələnin - ali məktəblərə ixtisas seçimi mərhələsinin gözlədiyini vurğulayaraq, bu prosesdə son dərəcə diqqətli olmaq lazım gəldiyini bildirib və onlara regionun yeganə pedaqoji yönümlü ali təhsil müəssisəsi olan ADPU-nun Şəki filialında təhsil almaq imkanlarından bəhs edib. Filialın keçdiyi inkişaf yolu haqqında məlumat verən dos. G.Abdullayeva filial məzunlarının ölkənin müxtəlif bölgələrində ləyaqətlə çalışdıqlarını, eləcə də ayrı-ayrı sahələrdə aparıcı vəzifələrdə işlədiklərini, ölkənin ali təhsil müəssisələrində və xarici universitetlərdə elmi tədqiqat apardıqlarını diqqətə çatdırıb. Filialın Təbiət fənləri və onların tədrisi texnologiyası kafedrasının müdiri pedaqoji elmlər doktoru professor Firədun İbrahimov çıxış edərək, fillialın potensial imkanlarından, tədris prosesi ilə bağlı bir sıra məsələlərdən söhbət açıb, gəncləri Şəki filialında təhsil almağa dəvət edib. Sonra filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri baş müəllim Nərminə Nəsrullayeva təqdimatla çıxış edib. Görüşdə iştirak edən müəllimlər arasında olan filial məzunları çıxış edərək, onların peşəkar müəllim kimi yetişmələrində əvəzsiz rolu olan professor-müəllim heyətinə və filialın rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.
Sonda xatirə şəkilləri çəkilib.





001002003
fondeduadpubir

VKkj