Mayın 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında maarifləndirici tədbir keçirilib.
Tədbir "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" və "Nəqliyyat vasitələrinin yetkinlik yaşına çatmayan, sürücülük hüququ olmayan şəxslər tərəfindən idarə edilməsi hallarının yolverilməzliyi" mövzularına həsr olunub.
Tədbirdə, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən həmin bölmənin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, ADPU-nun Şəki filialının Karyera mərkəzinin müdiri, Xuraman Həmidova və tələbələr iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsədin yeniyetmələrin və gənclərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi olduğu bildirilib.
Qeyd olunan mövzularla bağlı çıxışlar edilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən həmin bölmənin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev təəssüf hissi ilə bildirib ki, respublika ərazisində yol-nəqliyyat hadisələri zamanı 17-29 yaş qrupuna daxil olan gənclərin sayının hadisə qurbanları içərisində üstünlük təşkil etdiyi görünür. Qeyd olunub ki, hər bir gəncin öz bilik və bacarıqlarını formalaşdırması ilə yanaşı, nizamlı-intizamlı olması, xüsusən də həyati əhəmiyyəti yüksək olan yol hərəkəti qaydalarına ciddi əməl etməsi cəmiyyətimizin inkişafı üçün olduqca əhəmiyyətlidir. Polis baş leytenantı Tural Niftalıyev onu da xüsusi vurğulayıb ki, Şəki Dövlət Yol Polis Bölməsi tərəfindən aparılan profilaktiki tədbirlər müsbət nəticə verib. 2022-ci il ərzində xidməti ərazidə piyadaların təqsirindən heç bir yol-nəqliyyat hadisəsi baş verməyib.
Bildirilib ki, ilin sonunadək Şəki şəhərində bütün ali və orta ixtisas məktəblərində belə tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Tədbirin sonunda filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova
belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, tələbələri maarifləndirdiyinə görə, polis baş leytenantı Tural Niftalıyevə rəhbərlik adından minnətdarlığını bildirib.





001002003
fondeduadpubir

VKkj