Oktyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında filialın Tələbə Gənclər Təşkilatının (TGT) və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) birgə təşkilatçılığı ilə "Təhsil - karyera" və "Əmək hüquqları" mövzularında təlim keçirilib. Təlimin keçirilməsində məqsəd filialda təhsil alan tələbə-gəncləri gələcək təhsillərində və karyera qurmalarında diqqət yetirməli olduqları əsas məqamlar haqqında məlumatlandırmaq, onları əmək hüquqları ilə bağlı maarifləndirmək olub.
Layihə çərçivəsində təlimçi Şahin Qarakişiyev gənclərə ilk öncə təhsilin onların həyatında önəmi barədə ətraflı məlumat verib, sonra isə "Karyeramızı necə planlamalı?" mövzusunda çıxış edib, mövzu ilə bağlı maraqlı enercayzerlər edilib. Daha sonra təlimçi əmək hüquqlarından bəhs edərək, iş həyatında diqqət edilməli hüquqlar haqqında fikirlərini iştirakçılarla bölüşülüb. Canlı diskussiya səklində davam edən təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.





001002003
fondeduadpubir

VKkj