Noyabrın 4-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialında “Bir Könüllü”  Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin (TƏİB) təskilatçılığı ilə  maarifləndirici tədbir keçirilib. Tədbirdə “Bir Könüllü”  TƏİB-in əməkdaşları – Elm və Təhsil Nazirliyinin “Bir Könüllü”  təşkilatının insan resursları üzrə meneceri Ərhun Baxışov, layihələrin idarə olunması üzrə meneceri Nicat Sadıxov, ADPU-nun Şəki filialının professor-müəllim heyəti, tələbələr iştirak ediblər. Tədbiri giriş sözü ilə filialın Karyera mərkəzinin müdiri Xuraman Həmidova açıb, tələbələrin  müxtəlif  yerli,  beynəlxalq  tədbir  və təlimlərdə  iştirakına  dəstək göstərən,  tələbələr arasında əməkdaşlığın  gücləndirilməsinə töhfə verən, eləcə də onların asudə vaxtlarının  səmərəli  keçirilməsini  təmin edən “Bir Könüllü” TƏİB-in davamlı şəkildə  gənclərin  inkişafı üçün çalışmasından və onların müxtəlif  istiqamətlərdə yeni  bilik və bacarıqlar əldə etmələri üçün silsilə layihələr həyata keçirməsindən danışib. Ərhun Baxışov sessiyalar çərçivəsində keçirələcək  təqdimatların əsas məqsədinin tələbələrin təşkilatın  fəaliyyəti  barədə məlumatlılığının artırılması, gənclərin ictimai fayda kəsb edən layihələrdə iştiraka həvəsləndirilməsi, onları növbəti yarımildə ölkəmizdə keçiriləcək  irimiqyaslı beynəlxalq  və yerli  tədbirlərdə iştiraka cəlb etmək, yeni bilik və bacarıqlar əldə etmələrinə şərait yaratmaqdan ibarət olması barədə məlumat verib. Keçirilən müxtəlif əyləncəli oyunlar tələbələrin marağına səbəb olub. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.





001002003
fondeduadpubir

VKkj