Azərbaycan xalqı özünün şanlı tarixinin ən qürurverici gününü - Zəfər Gününü böyük ruh yüksəkliyi və sevinclə qeyd edir. Ölkəmizin hər yerində bu böyük tarixi hadisəyə həsr olunmuş təntənəli tədbirlər təşkil olunur.
ADPU-nun Şəki filialında da bu münasibətlə silsilə tədbirlər davam edir. Keçirilən tədbirlərə filialın kitabxanasının əməkdaşları “8 Noyabr-Zəfər Günü” adlı sərgi ilə qatılıblar.
Sərgidə ölkəmizin ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində dövlət, xalq, ordu birliyini, möhtərəm Prezident - Ali Baş Komandan İlham Əliyevin və ordumuzun şücaəti nəticəsində əldə edilən qələbəni, Xankəndidə bayrağımızın dalğalanmasının tarixi anlarını əks etdirən fotoşəkillər, bu mübarizəyə həsr olunmuş kitablar, qanı, canı bahasına tarix yazan şəhidlərin və universitetimizin döyüşlərdə könüllü iştirak edən məzunlarının şəkilləri nümayiş olunub. Filialın foyesində təşkil olunan sərgi maraqla qarşılanıb.





001002003
fondeduadpubir

VKkj